RU

Berlində dəhşətli YANĞIN - Zəhərli bulud şimala doğru hərəkət edir

Berlindəki Diehl Metal Applications müdafiə zavodunda güclü yanğın baş verib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, zavod IRIS-T hava hücumundan müdafiə sistemlərini inkişaf etdirən Diehl Defence şirkətinə məxsusdur.

“Bild”in məlumatına görə, yanğın binanın bütün dörd mərtəbəsini əhatə edib, bəziləri artıq dağılıb. Hadisə yerinə 130 yanğınsöndürən cəlb olunub.

Zavodda sulfat turşusu və mis sianid kimi kimyəvi maddələr alovlanıb. Tüstü ilə birlikdə havaya qalxan hidrosiyan turşusunun əmələ gəlmə riski var. Külək zəhərli buludu şimala aparır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
61
baku.ws

1Источники