RU

Azərbaycan XİN Britaniya səfirinə cavab verdi

Image

Azərbaycanda media Böyük Britaniyadakı kimi azad, demokratik, sabit və firavandır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auldun paylaşımına cavab olaraq "X" sosial şəbəkə hesabında qeyd edib.

"Səfir, Azərbaycanda media azadlığının hərtərəfli araşdırılmasını gözdən qaçıran dar perspektivə köklənən iddianızda ədalətlilik və qərəzsizlik yoxdur", -deyə əlavə edilib.

Qeyd edək ki, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkə hesabında Azərbaycan mediasına qarşı əsassız tənqidi fikir səsləndirib.

TAHİR





Избранный
123
32
baki-xeber.com

10Источники