“Həkimlərimizi tanıyaq!” rubrikamızda xoş xasiyyəti ilə pasiyentlərin rəğbətini qazanmış Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-neyrocərrahı Nicat Muştaqovdan bəhs edəcəyik.
O, 1991-ci ildə Qəbələ rayonunda anadan olub. 2010-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2015-2020-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə rezidentura keçib.
N.Muştaqov 2021-ci ildən Respublika Neyrocərrahiyyə Xəstəxanasının Spinal neyrocərrahiyyə şöbəsində həkim-neyrocərrah vəzifəsində çalışır.
Həkim neyroonkologiya - onurğa-onurğa beyni şişləri, baş-onurğa sütunu travmaları - kəllədaxili qanamalar, boyun fəqərə sınıq çıxıqları, fəqərə sürüşməsi, onurğa kanal daralmalarında - implantlar, fəqərəarası disk yırtıqları və s. cərrahi əməliyyatları icra edir.
O, Vətən müharibəsində könüllü xidmət göstərən ağxalatlı qəhrəmanlarımızdan biridir.
N.Muştaqov 2022-ci ildə İstanbul “Spine Masters & İSMiSS Turkey” konfransında, 2023-cü ildə “Wisconsin-Madison University” əməkdaşları tərəfindən keçirilən "Basic mikroanastamoz" kursunda iştirak edib.
Eyni zamanda, Yaxın Şərq Onurğa Cəmiyyətinin (Middle East Spine Society) üzvüdür.