Bakıda keçirilən atıcılıq üzrə Dünya kuboku davam edir.
İdman.biz xəbər verir ki, bu gün qadınların pnevmatik tapança ilə 10 m məsafədən atəş açma yarışında təsnifat mərhələsi baş tutub.
Azərbaycanın 5 atıcısı da dəqiqliyini yoxlayıb. Nigar Nəsirova 572 xalla 20-ci, Leyli Əliyeva 563 xalla 49-cu, Sofiya Barxalova 559 xalla 60-cı yeri tutub. Onlar finala adlayan 8 atıcı sırasına düşə bilməyiblər.
Reytinq xalları üçün mübarizə aparan Zeynəb Sultanova 563 xalla 52-ci, Nəzrin Abbaslı isə 559 xalla 59-cu yeri tutub.
Qeyd edək ki, qadınların mübarizəsində 69 snayper iştirak edib.
İdman.biz