Çin Ayın qaranlıq hissəsindən nümunələr götürmək üçün "Chang'e-6" kosmik gəmisini kosmosa göndərib.
Bakıvaxtı.az "İHA"ya istinadən bildirir ki, Çin kosmosda kəşfiyyat işlərini davam etdirir.
"Chang'e-6" kosmik gəmisi "Long March-5" raketi ilə Haynan əyalətindəki Vençanq Kosmik Aparatın buraxılış mərkəzindən kosmosa göndərilib.
Kosmik gəmi iyunun əvvəlində raketdən çıxaraq səthə enəcək. Kosmik gəminin Ayın orbitinə çatmasının 4-5 gün çəkəcəyi gözlənilir.
Gülşən Şərif