RU

Kökələ bilməyən insanlar kimlərdir? - MÜNASİBƏT BİLDİRİLDİ

"Kökələ bilməyən arıq insanlar, yəni, dietik çəkidən əziyyət çəkənlər kifayət qədər var ki, bu insanların doğrudan da çox ciddi tibbi səbəbləri var". Bu sözləri SİA-ya açıqlamasında tanınmış həkim-dietoloq, diet kitablar müəllifi Leyla Zülfüqarlı deyib.

Həkim-dietoloq bildirib ki, onların iki kateqoriyası var: "İştahası olub kökələ bilməyənlər, iştahası var, yemək yeyir, amma kökələ bilmir. Biri də var ümumiyyətlə iştahası yoxdur, yəni heç nə yeyə bilmir. Yəni bunun ikisinin də arasında fərq var. Birinci, biz bunu müəyyən edirik və sonra da təbii tibbi səbəblərini axtarırıq. Qurd invaziyalarının yəni helmentlərindən əlaqəli ola bilir, mədə-bağırsaq xəstəliklərindən ola bilir, bir sıra metabolik endokrin xəstəliklərindən də ola bilir. Digər səbəbi isə irsi qan çatışma mənşəli olmasıdır. Halbuki mən müalicə konseptimdə irsi mənşəli arıq olan insanları belə kökəldə bilirəm. O səbəbdən də bizim üçün irsi deyilən səbəb bir az nisbi anlayışdır. Onu belə həll etmək olursa, deməli, o da çox ciddi səbəb deyildir".

Bu insanların qida və ya həyat rejimi əlaqəsi nə qədərdir?

Əgər tibbi səbəb götürülməzsə, həyat rejimində nə qədər dəyişiklik etsə, məsələn dedim iştahı var yeyirlər kökəlmirlər. Bu kateqoriya üçün heç bir təsiri olmur. Amma iştahı olmayan yeyə bilməyənlər üçün balanslı qidalanma rejimi düzəltdikdə həyat tərzi dəyişir ki, artıq onun iştahasını bərpa edəndən sonra o yeməyə başladıqca düzələ bilir. Amma dediyim kimi hər bir məsələnin başında tibbi səbəb olduğu üçün birinci biz ona analiz verərək və yenə də müalicə edirik. Sonradan təbii ki, bu mütləqdir, birmənalıdır. Biz ona özəl dieta yazırıq. Yəni kök insanların arıqlamaq üçün müalicəvi dietası var. Arıq insanların da kökəlməsi üçün müalicəvi dietası var. Məsəl üçün, həmin insanın aya 5 kiloqram kökəlməsi mütləq baş verir.

Halbuki ədəbiyyat, yəni tibbi ədəbiyyat aya 2 kiloqramdan çox kökələ bilməzlər deyir. Çünki kökəldəndə əzələdən kökəldirik, arıqlayanda yağdan arıqladırıq. Toxumalar arasında fərq var. Yağ toxuması daha tez bədəndə toplanır, nəinki əzələ toxuması. O üzdən də kökəldəndə də mən artıq elə bir konsept tərtib etmişəm ki, bizim ölkənin insanları səbrsizdirlər. Yəni onları gələndə bu qədər müalicə, müayinə et və axırda bir aya kilo yarım kökəlsin. Ona səbrləri çatmır. Buna görə də daha ciddi şəkildə məsələn, aya minimum 5 kiloqram kökəldirik və bu insanları yüzdə 99 faiz məhz əzələdən kökəldirik. Əzələdən kökəlmək şərtdir. Bu üzdən də bədən formasını dəyişərək daha gözəl şəklə salırıq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
sia.az

1Источники