RU

Pirallahıda evdən 27 min manatlıq oğurluq etməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatdı

Pirallahıda evdən oğurluq etməkdə təqsirləndirilən Nəsir İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Pirallahı Rayon Məhkəməsinə göndərilib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirliəcək məhkəmənin hazırlıq iclası mayın 14-nə təyin olunub.

Qeyd edək ki, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Bakı şəhər sakini Nəsir İbrahimov Pirallahı qəsəbəsi ərazisində evlərin birindən 20.000 manat pul və 7000 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlamaqda təqsirləndirirlir. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
49
e-huquq.az

1Источники