"Rabitəbank” ASC-nin İdarə Heyətinin sabiq sədr müavini, hazırda “Finoko” bank olmayan kredit təşkilatının (BOKT) baş direktoru vəzifəsini icra edən Turan İsmayılov Nyu-Yorkun Manhetten səmtində 735.000 dollar dəyərində mənzil alıb".
Mia.az xəbər verir ki, bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli Feysbuk-dakı səhifəsində paylaşıb.
O, xəbərə mənzilin fotolarını da əlavə edib: "Mənzil Nyu-York, 250 S End Ave Apt 8e ünvanında yerləşir. Alqı-satqı ötən ilin dekabrın 20-də olub" .
Xəbərə qarşı tərəfi mövqeyini öyrənə bilmədik. T.İsmayılovu da dinləməyə hazırıq.
MİA.AZ