Demokrat.az-ın komitəyə istinadən verdiyi məlumata görə, bir sıra kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin müvafiq strukturları tərəfindən Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsi ilə bağlı məlumatlar yayımlanıb.
Məsələ ilə bağlı komitə diqqətə çatdırır ki, qurumun Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən enerji içkiləri və digər məhsulların qaçaqmalçılıq faktı aşkarlanıb, faktla bağlı cinayət işi başlanılıb və istintaq aparılır.
DGK qeyd edilən məsələ ilə bağlı yayımlanan xəbərlərdə Komitənin məlumatlarına istinad etmək tövsiyə edir.
***
13:11
Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.
Demokrat.az xəbər verir ki, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib.
Aydın olub ki, Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabdeh olduğu ərazidə yoxlanılaraq onlardan külli miqdarda enerji içkisi və bu kimi məhsullar boşaldılıb. Daha sonra sənədlər dəyişdirilərək yük maşınları boş yola salınırmış.
Həmçinin, yoxlama zamanı gömrük idarəsində digər qanun pozuntuları da ortaya çıxıb.
Məsələ ilə bağlı Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov dindirilmə üçün Bakıya gətirilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.
10Источники
-
savash.orgTovuz Gömrük İdarəsinin rəisi dindirilmə üçün Bakıya GƏTİRİLDİ ( 6116140)
-
demokrat.azGömrük idarəsində ƏMƏLİYYAT: Cinayət işi açıldı — RƏSMİ AÇIQLAMA (YENİLƏNİB) ( 6048406)
-
azmedia.azGömrük idarəsində ƏMƏLİYYAT: Cinayət işi açıldı - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB ( 6046039)
-
bakivaxti.azTovuz Gömrük İdarəsində əməliyyat - Saxlanılanlar var ( 6045787)
-
newscenter.azDGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirib ( 6044224)
-
milli.azDGK Tovuzda keçirilən əməliyyat xəbərlərinə aydınlıq gətirdi ( 6044176)
-
xalqcebhesi.azDGK Tovuzda keçirilən əməliyyat xəbərlərinə aydınlıq gətirdi ( 6043909)
-
sonxeber.azGömrük idarəsində ƏMƏLİYYAT: Cinayət işi açıldı - RƏSMİ AÇIQLAMA + YENİLƏNİB ( 6043807)
-
missiya.azGömrük idarəsində ƏMƏLİYYAT: Cinayət işi açıldı - RƏSMİ AÇIQLAMA ( 6043720)
-
aznews.azDGK Tovuz Gömrük İdarəsində əməliyyat keçirilməsinə münasibət bildirib ( 6043663)