RU

“İtaliya Ukraynaya yeni hərbi yardım paketini elan edəcək” - “La Repubblica”

İtaliya 13-15 iyun tarixlərində keçirləcək G7 sammitindən əvvəl Ukraynaya yeni hərbi yardım paketini elan edəcək.

“AzPolitika” xəbər verir ki, bu barədə İtaliyanın aparıcı qəzetlərindən olan “La Repubblica” öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, İtaliyanın Ukraynaya göndərəcəyi sayca 9-cu yardım paketində Fransa ilə birgə istehsal edilən “SAMP-T” hava hücumundan müdafiə sistemləri (HHM) yer alcaq.

Qeyd olunub ki, İtaliya öz hərbi ehtiyatları hesabına Ukraynanı bu HHM sistemi ilə təmin edəcək.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
51
azpolitika.info

1Источники