RU

Dinc çeçenləri güllələməkdə ittiham olunan Rusiya xüsusi təyinatlısı Ukraynada öldürülüb

2007-ci ildə Çeçenistanda dinc sakinləri güllələməkdə təqsirləndirilən Rusiyanın xüsusi təyinatlı dəstəsinin kapitanı Eduard Ulman Ukraynadakı müharibə zamanı öldürülüb.

Bu barədə "Nastoyaşie Vremya" telekanalı məlumat yayıb. 

Qeyd olunur ki, 2002-ci ildə Ulmanın başçılığı altında rus əsgərləri Çeçenistanda kənd yolunda 6 mülki vətəndaşı güllələyiblər. Onların arasında hamilə Zaynap Cavatxanova, onun qardaşı oğlu Maqomed Musayev, 68 yaşlı kənd məktəbinin direktoru Səid-Maqomed Ələsxanov, baş müəllim Abdul-Vahab Satabayev, meşəbəyi Şahban Baxayev və sürücü Həmzət Tuburov olub.

Eduard Ulmanın hansı şəraitdə ölməsi barədə təfərrüatlar məlum deyil.

Избранный
76
baku.ws

1Источники