RU

Terror əməliyyatı: 7 nəfər saxlanıldı

Mersində jandarma qrupları separatçı terror təşkilatı PKK-nın fəaliyyətinin ifşası və qarşısının alınması istiqamətində iş aparıb.

News24.az xəbər verir ki, sosial mediada terror təşkilatının təbliğatını aparan 7 şübhəli müəyyən edilib.

Şəxslərin tutulması üçün Respublika Baş Prokurorluğunun koordinasiyasında Tarsus, Akdeniz və Toroslar rayonlarında eyni vaxtda əməliyyat təşkil edilib. Əməliyyat zamanı 7 şübhəli yaxalanaraq saxlanılıb.

Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu material və sənədlər götürülüb.

Nəzarətə alınan şübhəlilər jandarma bölməsinə aparılıb.

Günel Məlikzadə

Избранный
52
news24.az

1Источники