Azərbaycan millisi Mingəçevirdə "Prezident kuboku" beynəlxalq reqatasında daha bir medal qazanıb.
İdman.biz xəbər verir ki, "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçirilən yarışda Fariz Babayev - Nurlan Paşayev cütlüyü 3-cü yeri tutublar.
Onlar 2006-2007 təvəllüdlü idmançılar arasında 1500 m məsafəyə akademik avarçəkmədə bürünc medala yiyələniblər.
Qeyd edək ki, 21 ölkənin iştirak etdiyi beynəlxalq reqataya bu gün yekun vurulacaq.
Banuçiçək Hüseynli
İdman.biz