Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd tələb olunur. Qeyri-yaşayış sahəsinə dair tələb olunan sənədlərə isə tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədləri aiddir. Xidmətdən istifadə üçün müvafiq sənədlərlə birgə Əmlak Xidmətləri Məkanına və ya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin müvafiq ərazi idarəsinə müraciət etmək olar. Elektron çıxarışın hazır olması ilə bağlı mobil nömrəyə SMS bildiriş gəldiyi halda sistemdə hazır çıxarışa necə baxmaq olar? SMS bildirişdə çıxarışın reyestr və qeydiyyat nömrələri, o cümlədən elektron çıxarışın təsviri ilə bağlı link göndərilir. Həmin linkə daxil olaraq Elektron çıxarışın təsvirini əldə etmək olar. Çıxarışın təsvirinə baxmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalına (www.e-emlak.gov.az) daxil olub təqdim olunan elektron xidmətlər siyahısından "Elektron çıxarışın yoxlanması” elektron xidməti seçilməlidir. Açılan pəncərədə "Qeydiyyat nömrəsi” və "Reyestr nömrəsi” xanalarına müvafiq məlumatları qeyd etdikdən sonra "Axtar” düyməsi sıxılır. Nəticədə ekranda elektron çıxarış əks olunur. MMC tərəfindən tikilmiş binadan mənzil almışam. Həmin mənzilə çıxarış almaq üçün hansı sənədlərim olmalıdır? İlk növbədə həmin mənzilin yerləşdiyi bina üzərində MMC-in mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmadığı aydınlaşdırılmalıdır. Əgər binaya dair MMC-nin adına çıxarış vardırsa, MMC ilə mənzil sahibi arasında notariat qaydasında bağlanmış alqı-satqı müqaviləsi olmalıdır. Bundan sonra həmin müqavilə əsasında mənzil sahibi öz adına çıxarış ala bilər. Mənzil-tikinti kooperativindən (MTK-dan) mənzil almışam. Çıxarış almaq üçün hansı sənədlərim olmalıdır? İlk növbədə MTK-ın inşa etdiyi binanın istismara qəbul edilib-edilmədiyi (istismara qəbul aktının olub-olmadığı) aydınlaşdırılmalıdır. Əgər bina istismara qəbul edilibsə, dövlət reyestrindən çıxarış almaq üçün 2 sənəd olmalıdır:
Mənzilin verilməsi barədə MTK üzvlərinin ümumi yığıncağının qərarı;
Maliyyə arayışı (bu arayış mənzilə dair pay haqqının ödənildiyini və borcun olmadığını göstərir)