Amerikalı sahibkar və iş adamı İlon Mask ABŞ Konqresinin binasında Ukrayna bayraqları ilə keçirilən mitinqi tənqid edib.
Bu barədə o, X sosial şəbəkəsində yazıb.
İş adamı bu hərəkəti qəribə adlandırıb. “Kaş Amerika bayrağını dalğalandıra bilsələr!” – o yazdı.
Bundan əvvəl milyarder Amerika bayrağını cıraraq ona hörmətsizlik nümayiş etdirən hər kəsin ABŞ-dan çıxarılması təklifi ilə çıxış edib.
Bu sözləri yazmağa səbəb ABŞ-da baş verən çoxsaylı Fələstin tərəfdarı nümayişlər zamanı ABŞ bayrağının sökülərək Fələstin bayrağı ilə əvəzlənməsi halları olub.
Mənbə: CNN Türk