Pakistanda sərnişin avtobusu dağlıq ərazidə yoldan çıxaraq uçuruma yuvarlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin yerli “Geo News” portalı yayıb.
Gilgit-Baltistan bölgəsində baş verən hadisə zamanı 20 nəfər həlak olub, daha 21 nəfər isə xəsarət alıb.
Yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilir.