"Azərbaycanla Ermənistan arasında problemlər qalxarsa, bu o deməkdir ki, Azərbaycanın irəli sürdüyü 1970-ci il xəritələri və yaxud 1970-ci illərə qədər olan xəritələr məsələsi aktuallığını itirir.
Politoloq Anar Həsənov bunu News365.az-a açıqlamasında deyib.
"Azərbaycanda siyasi diskursda müxtəlif illərin xəritələrindən söhbət gedir. Ermənistanın siyasi lideri "Alma-ata" bəyanaməsini vurğulamaqla məqsədi odur ki, ümumiyyətlə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı əsas prinsip olaraq məhz bu bəyanamə götürülsün. Ancaq Azərbaycanda "Alma- ata bəyanaməsi baş prinsip kimi qəbul edilmir. Hazırkı prosesdə "Alma-ata" bəyanaməsi bizim üçün maraqlıdır. Çünki bizim işğalda olan 8 kəndimiz qaytarılır. Erməistana aid olan Başkəndin qaytarılması ehtimalı böyükdür"- deyə vurğulayıb.
Vəfa Vəliyeva, News365.az