RU

Türk dünyasının inteqrasiyasında TARİXİ ADDIM – Azərbaycan Mərkəzi Asiyanı Avropa ilə BİRLƏŞDİRƏCƏK

Orta Asiyanın yaşıl enerjisi Azərbaycan vasitəsilə Avropaya nəql olunacaq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Özbəkistana işgüzar səfərimiz çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan iqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşündə "Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu"nu imzaladıq.

Sənədin icrası yaşıl enerjinin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enereji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək", - deyə nazir qeyd edib.

Orta Asiyanın yaşıl enerjisinin Azərbaycan vasitəsilə Avropaya nəqli Türk dünyasının inteqrasiyası yolunda da tarixi bir addım olacaq. Bu həm də iqtisadi baxımdan mühüm perspektiv vəd edir.

“Türk dünyasının inteqrasiyasına mühüm töhfə verəcək”

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisad elmləri doktoru, professor Elşad Məmmədov bildirir ki, sözügedən layihə türk dünyasının inteqrasiyasına birmənalı şəkildə mühüm töhfə verəcək:

“Şübhəsiz ki, atılan bu addım, ümumiyyətlə regional iqtisadi əməkdaşlıqla bağlı istənilən təşəbbüs və layihələr, Türk dövlətləri arasında iqtisadi, humanitar əlaqələrin dərinləşməsinə istiqamətlənmiş bir addımdır və gələcək perspektivdə ona gətirib çıxaracaq. Ona görə də həmin istiqamətdə əldə olunan razılaşma və memorandumlar təqdirəlayiqdir.

Amma konkret olaraq Mərkəzi Asiyadan Azərbaycan üzərindən Avropaya yaşıl enerji də daxil elektrik enerjisinin nəqlinə gəldikdə, ilk növbədə texniki iqtisadi əsaslandırmaya diqqət yetirməliyik. Onun istehsalçı, ixracatçı və tranzit ölkələrə nə vəd edə biləcəyilə bağlı elektrik enerjisi nəqlinin maya dəyəri, bazar qiymətləri kontekstində təhlillər aparılmalıdır.

Eyni zamanda, satış bazarında həmin anda yaranacaq vəziyyət də nəzərdən keçirilməlidir. Çünki Avropa bazarları alıcılıq qabiliyyəti yüksək olan ənənəvi prenium bazardır. Belə olan halda Mərkəzi Asiya ölkələrindən Azərbaycandan keçməklə yaşıl enerjinin Avropaya nəqli perspektivli görünə bilər. Lakin Avropa iqtisadiyyatındakı problemləri, enerji istehlakçısının azalmasını da nəzərdən keçirməliyik”.

Rüfət Sultan, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
bizim.media

1Источники