“Salyan Reproduktor Quşçuluq” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 19-da keçirilməsi nəzərdə tutulub.
İclasın gündəliyinə aşağıdakılar daxildir:
1. Cəmiyyətin 2023-cü ilin yekunlarına aid maliyyə-təsərrüfat fəaliyyəti barədə icra orqanının hesabatı;
2.Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiqi;
3.Cəmiyyətin müşahidə (direktorlar) şurasının, icra orqanının və təftiş komissiyasının formalaşdırılması;
4. Cəmiyyətin fəaliyyətinin bərpası ilə bağlı görüləcək işlərin müzakirəsi və təsdiqi.
5. Digər məsələlər.