Aprelin 30-na keçən gecə Krımın cənubundakı Cankoy aerodromuna hücumdan sonra iki rus radarı mövqelərindən itib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Krım.Realii” yazıb.
Peyk görüntülərinin təhlili göstərir ki, Rusiya qoşunlarının Krımdakı aviabazasına hücumdan sonra iki radar yerindən itib: 1L125E mobil hava hədəfi kəşfiyyat radarı və Terek RLS...
Amma maraqlıdır ki, Ukrayna tərəfinin hücum zamanı bu radarların zərər görüb-görmədiyi məlum deyil.
Eyni zamanda, həm zərbədən əvvəl, həm də sonra çəkilmiş fotoşəkillərdə Ukrayna Silahlı Qüvvələri üçün daha bir potensial hədəf öz mövqeyində qalır – “Nebo-M” radar kompleksi.
Qeyd edək ki, bu orta və yüksək hündürlükdə aerodinamik və ballistik obyektləri aşkar etmək üçün növlərarası mobil radar kompleksidir.
Ağasəf Babayev