Türkiyə Rusiya istehsalı olan S-400 sistemlərini başqa ölkələrə vermək niyyətində deyil.
Modern.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Yaşar Gülər "CNN Türk" kanalının hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verilib-verilməyəcəyi barədə sualını cavablandırarkən deyib.
Qeyd edək ki, 2022-ci ilin martında Qərb mətbuatı ABŞ-ın Türkiyəyə S-400 hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verməsini təklif etdiyini bildirib.