İsrailin Baş naziri Benyamin Netanyahunun kortejinə hücum cəhdi olub.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail polisi məlumat yayıb.
Məlumata görə, hadisə Təl-Əviv şəhərində baş verib. Hücumda şübhəli bilinən şəxs saxlanılıb. O, nəqliyyatın hərəkətinə mane olub.
Hücum edən şəxs barədə məlumatlar açıqlanmayıb.
Telegram kanalımız