Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
“Football-plus.az” xəbər verir ki, UEFA-nın saytının yaydığı xəbərə görə, bu ada “Real”ın vingeri Vinisius Junior və Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummels namizəd göstərilib. Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.
Xatırladaq ki, Vinisius “Bavariya” ilə səfər matçında (2:2) dubl edib, Hummels isə evdə PSJ-yə qalib gəldikləri oyunda (1:0) qapının toxunulmaz saxlanılmasında rol oynayanlardan biri olub.
- Ночной Режим
- Домашняя страница
- Пользователи
- Страницы
- Рейтинг
- Погода
- Валюта