RU

Almaniyanın istehsal sənayesində azalma ötən ay zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Almaniya iqtisadiyyatının beşdə birindən çoxunu təşkil edən istehsal sektorunda azalma aprel ayında zəifləyib.

Banco.az xəbər verir ki, "S&P Global" tərəfindən hazırlanan HCOB (Hamburq Kommersiya Bankı) istehsal sənayesi Satınalma Menecerləri İndeksinin (PMI) 2024-cü ilin aprel ayı üzrə yekun məlumatları açıqlanıb.

Məlumatlar göstərir ki, Almaniyada mart ayında 41,9 punkt olan emal sənayesi PMI aprel ayında 42,5 punkta yüksəlib. Proqnozlar indeksin 42,2 punkt olacağı istiqamətində idi.

Qeyd edək ki, ixracdan asılı olan Almaniya istehsal sənayesi qlobal iqtisadiyyatın zəifləməsi, artan Çin rəqabəti və Rusiya-Ukrayna müharibəsindən sonra yüksək enerji qiymətlərinin mənfi təsirinə məruz qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
banco.az

1Источники