Qırğızıstanın Cəlalabad vilayətinin Suzak rayonunda “Porter” markalı yük maşını kütləvi tədbir zamanı 29 uşağı vurub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Uşaqların 9-16 yaş arasında olduğu bildirilir.
18 uşaq xəstəxanaya yerləşdirilib. Onlardan 7-si reanimasiyadadır, 3-nün vəziyyəti ağırdır. 11 nəfər tibbi müayinədən keçdikdən sonra ambulator müalicəyə buraxılıb.