RU

Bakıda parlamentlərarası konfrans keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 2-də Bakının ev sahibliyi etdiyi VI ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu çərçivəsində parlamentlərarasıkonfrans keçirilib.

Trend xəbər verir ki, “Mədəni irsin mühafizəsindəqanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda təşkil ediləntədbirin rəsmi açılış hissəsinə Azərbaycan Milli Məclisinin spikeriSahibə Qafarova sədrlik edib.

Konfransda parlamentlərarası əlaqələrin mədəniyyətlərarasıdialoq istiqamətində mühüm rol oynadığı diqqətə çatdırılıb.Natiqlər sülh, dinc yanaşı yaşama, qarşılıqlı dialoq istiqamətindəgüclərin, imkanların birləşdirilməsinin vacibliyini qeydediblər.

Sahibə Qafarova konfrans iştirakçılarının diqqətinə çatdırıb ki,Prezident İlham Əliyevin təşəbbüsü ilə yaranan və BMT tərəfindəndəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumumədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobalplatformalardan birinə çevrilib. Azərbaycanın bu təşəbbüsün həyatakeçirilməsində böyük uğur qazandığını vurğulayan Milli Məclisinsədri bildirib ki, dünyanın multikulturalizm məkanlarından biriolan Azərbaycanda təşkil edilən Forum çərçivəsindəparlamentlərarası konfransın əhəmiyyəti böyükdür.

“Multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir. Mədəniirs insanların kimliyini, tarixini, ənənələrini və dəyərlərinitəmsil edir. Bu irsin qorunması və gələcək nəsillərə ötürülməsidüzgün institusional və qanunvericilik yanaşmasını və bütün maraqlıtərəflərin bu prosesə fəal cəlb olunmasını tələb edir. Bu mənada,parlamentlərimiz təkcə milli deyil, beynəlxalq səviyyədə də mühümrol oynayır”, - deyə Sahibə Qafarova vurğulayıb.

Mədəni irsin qorunmasında münaqişə və müharibələrin əsas təhlükərolunu oynadığını diqqətə çatdıran Sahibə Qafarova bildirib ki,işğal olunmuş ərazilərin mədəni irsinə hörmət edilməsi və qorunmasıüzrə beynəlxalq hüququn öhdəlikləri Ermənistan tərəfindən 30 ilərzində ciddi şəkildə pozulub. İşğaldan azad edilmiş ərazilərimizdəhazırda genişmiqyaslı bərpa işləri aparılır. Bu işlərin əsasprioritetlərindən biri də həmin ərazilərdə mədəni irsin bərpası vəqorunmasıdır.

Mədəni irsin qorunması sahəsində ölkəmizdə mövcud qanunvericilikbazası haqqında da danışan Milli Məclisin sədri vurğulayıb ki,Azərbaycanın mədəni irsin qorunması sahəsində fəaliyyəti təkcəmilli səviyyə ilə məhdudlaşmır. Müxtəlif ölkələrdə bəşəriyyətinortaq sərvəti sayılan mədəni irsin bərpası və qorunması üçünardıcıl addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidentiMehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bu işəböyük töhfə verir.

“Bakı Prosesi”nin beynəlxalq təhlükəsizliyə və sülhə böyüktöhfələr verdiyini vurğulayan Əlcəzair Milli Şurasının sədri AliTalibi Azərbaycanın dünya miqyasında gördüyü işləri yüksəkqiymətləndirb. O deyib: “Tədbirimiz çox mürəkkəb bir dövrdəkeçirilir. Bakıya toplaşmaqda məqsədimiz sülhün və əmin-amanlığıntəşviq olunmasıdır. Müxtəlif dinlərdən olan insanların qarşılıqlıanlaşma şəraitində yaşaması nəcib dəyərləri təcəssüm etdirir”.

Bakı konfransının mədəni irsin mühafizəsində qanunvericiliyinrolu istiqamətində töhfə verəcəyindən əminliyini ifadə edən TürkDövlətləri Parlament Assambleyasının Baş katibi Mehmet Süreyya Erparlament diplomatiyasının imkanlarından danışıb. Vurğulayıb ki,türk dövlətləri türk mədəniyyətinin varisləridir və əcdadlarımızınbizə miras qoyduğu mədəni irsi gələcəyə daşımaq borcumuzdur.

Beynəlxalq Parlamentlərarası Konqresin (IPC) Baş katibi SitaraAyaz bildirib ki, Azərbaycan zəngin mədəni irsə malikdir. CənubiQafqazın gözəl diyarı olan bu ölkə qədim, həmçinin müasir Bakısı,Qız qalası, maraqlı landşaftı və ən əsası, xeyirxah insanları ilədiqqət çəkir.

Mədəni irsin qorunmasında qanunvericiliyin təkmilləşdirilməsininkifayət etmədiyini deyən IPC-nin Baş katibi vurğulayıb ki, buməsələdə yerli icmalar, vətəndaş cəmiyyəti fəal olmalıdır.

Dünyada müxtəlif millətlər və ya xalqlar arasındamədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyinətoxunan Sitara Ayaz bildirib ki, Bakı platformasından çıxış edərəkməqsədlərimizə doğru müəyyən mənada irəliləyə bilərik.

Sonra çıxış edən İraq parlamentinin Nümayəndələr Şurasının sədriMöhsin Əli Əkbər Əl-Mandalavi, Malayziya Parlamentinin sədriMuntanq Taqai, İtaliya parlamentinin vitse-prezidenti Corc More,Pakistanın parlament sədrinin müavini Seyid Qulam Mustafa Şah,Ukrayna Ali Radasının sədr müavini Olena Kondraiuk, ÖzbəkistanMilli Məclisinin sədr müavini Zohra İbrahimova, AsiyaParlamentlərarası Parlament Konqresinin (AİPA) Baş katibi SitiRozaimeriyanty Dato Haji Abdul Rahman konfransın təşkilinə görəAzərbaycana təşəkkürlərini bildirərək, öz ölkələrinin təcrübələrinibölüşüblər, təkliflərini səsləndiriblər.

Parlamentlərarası konfrans öz işini plenar iclasla davametdirib. İkinci hissəyə sədrliyi Milli Məclisin Mədəniyyətkomitəsinin sədri Fazil Mustafa edib.

O, Azərbaycanın regionda və dünyada sülh təşəbbüsləri ilə çıxışetdiyini, hazırda Ermənistanla normallaşma istiqamətində yürütdüyüsiyasətdən, atdığı addımlardan danışıb. Bildirib ki, Azərbaycansivilizasiyaların Qərb və Şərq, İslam-xristian, İslam-yəhudibölgüsünün əleyhinədir. Ölkəmizin tolerant ölkə olduğunu vurğulayanKomitə sədri Bakının mərkəzində erməni Qriqoryan kilsəsininolduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb: “LakinErmənistanın vaxtilə işğal etdiyi ərazilərdə yüzlərlə məscid vəmədəni irs nümunələri tamamilə məhv edilib”.

Azərbaycanı çox sevdiyini dilə gətirən İspaniya Senatının sabiqüzvü, Ramon Llull Universitetinin professoru Cordi Xusia Kostadeyib: “Azərbaycan qədim mədəni irsə malik, tarixi abidələrləzəngin, xalçaları ilə məşhur olan bir ölkədir. Azərbaycan cəmiyyətimədəni irsi təşviq etməklə və dəyərlərə hörmət bəsləməklə diqqətçəkir”.

Azərbaycan-Ermənistan arasındakı münasibətlərlə bağlı ötən dövrənəzər salan italiyalı professor Azərbaycanın 2020-ci ildə Zəfərqazanaraq ərazi bütövlüyünü tam bərpa etməsinin qürurvericiolduğunu bildirib.

O, Azərbaycanın işğaldan azad edilmiş bəzi ərazilərində ötən ilgördüklərindən məmnun qaldığını da qeyd edib.

Daha sonra Argetina, Belarus, Bosniya və Herseqovina, Rusiya,Moldova, Filippin, Mərakeş, Monteneqro, Serbiya, ABŞ, Tacikistan vəQətərdən olan parlamentarilər mədəni irsin mühafizəsindəqanunvericiliyin təkmilləşdirilməsinin vacibliyini qeyd ediblər,ölkələrinin təcrübələrinə diqqət çəkiblər.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
4
az.trend.az

5Источники