Qarsın Kağızman rayonunda iki düşmən ailə arasında silahlı dava düşüb.
News24.az xəbər verir ki, silahlı davada 8 nəfərin yaralanıb.
Hadisə ilə əlaqədar nəzarətə alınan 8 şübhəli həbs edilib.
Qeyd edək ki, hadisədə iştirak edən şəxslərin yaşadıqları ərazilərdə aparılan axtarışlar zamanı 2 ov tüfəngi, 9 millimetrlik tapança, 1 ədəd boş patron tapançası və 62 ədəd patron götürülüb.
Günel Məlikzadə