Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin rəisi Ağakərim Səmədzadə vəzifəsindən azad edilib.
Publika.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.
Sözügedən idarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.
Nazirin digər əmri ilə, Maliyyə və təminat idarəsinin iki rəis müavini - Çingiz Ələddin oğlu Məmmədov və Cümşüd Əli oğlu Cəfərov vəzifəsindən azad edilərək təqaüdə göndəriliblər.