"Yelo Bank" mötəbər tədbirlərə ev sahibliyi etməyə davam edir. Bu dəfə Bankın dəstəyi ilə “İşgüzar 5 çay” adlı forum keçirilib. “Lider, yoxsa rəhbər?” mövzusunu əhatə edən forumda 20 sahibkar qadın, AQSİA (Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası) İdarə Heyətinin sədri Səkinə Babayeva, "Yelo Bank"-ın İnsan Kapitalının İdarəedilməsi departamentinin direktoru Məhbubə Ziyatlı və bankın digər əməkdaşları iştirak ediblər.
![](https://static.azpolitika.info/storage/news/999bc06917d6323bc5b5147c168d1952/961c5290-46e0-4739-b437-155115c79890.jpg)