Bu gün Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək. Manset.az xəbər verir ki, bu mərhələnin ilk oyunları eyni günə təsadüf edəcək. “Roma” İtaliyada Almaniya çempionu “Bayer”lə üz-üzə gələcək. Digər yarımfinal görüşü isə Fransada Marsel “Olimpik”i ilə İtaliyanın digər təmsilçisi “Atalanta” arasında baş tutacaq. Cavab matçları mayın 9-da keçiriləcək. Avropa Liqası Yarımfinalın ilk oyunları 2 may 23:00. “Roma” (İtaliya) – “Bayer” (Almaniya) 23:00. “Olimpik” (Marsel, Fransa) – “Atalanta” (İtaliya)