![DİN:](https://azertag.az/files/2024/2/1200x630/1714630466101435485_1200x630.jpg)
Bakı, 2 may, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 1-də ümumi çəkisi 98 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 5 kiloqramdan artıq heroin, 92,8 kiloqrama yaxın marixuana, 260 qrama yaxın metamfetamin, həmçinin 50 metadon həbi qanunsuz dövriyyədən çıxarılıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.