Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi audit xidmətləri üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, kotirovkada iştirak haqqı 22,8 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini mayın 17-si, saat 12:00-a qədər Mərkəzin Bakı şəhəri, Cəfər Cabbarlı küçəsi, 34 ünvanına təqdim edə bilərlər.
Təkliflərə mayın 17-si, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.