Qonaqları salamlayan nazir müavini ölkələrimiz arasında dostluq və tərəfdaşlığın, o cümlədən hüquqi əlaqələrin inkişafından məmnunluğunu ifadə edib. Dövlət başçılarımız arasındakı dostluq və qardaşlıq münasibətlərinin bu əlaqələrin möhkəmlənməsində xüsusi rolunu qeyd edən Xidmət rəisi qarşılıqlı fəaliyyətin hər iki ölkə üçün səmərəliliyini vurğulayıb.
Daha sonra nümayəndə heyətinə Penitensiar xidmətin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi, həmçinin onların saxlanma şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər barədə geniş məlumat verilib.
Səmimi qəbula görə dərin minnətdarlığını ifadə edən nümayəndə heyətinin rəhbəri Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıç bütün istiqamətlərdə olduğu kimi, hüquqi sahədə də dövlətlərimiz arasında əməkdaşlığın daim inkişaf etdiyini vurğulayıb.
Qonaqlar tanış olduqları cəzaçəkmə müəssisələrində yaradılmış müasir infrastrukturun məhkumların saxlanma şəraitinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatların əyani təzahürü olduğunu bildiriblər.
Görüş tərəflərin qarşılıqlı fikir mübadiləsi ilə sona çatıb.
7Источники
-
sia.azTürkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Penitensiar xidmətdədir - FOTOLAR ( 5992444)
-
azertag.azPenitensiar xidmətin rəisi TİHEK-in sədrilə görüşüb ( 5992210)
-
1news.azTürkiyə İnsan Hüquqları və Bərabərlik qurumunun nümayəndələri Penitensiar Xidmətdə görüş keçirilib ( 5991190)
-
azertag.azPenitensiar xidmətdə görüş ( 5991052)
-
demokrat.azTürkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə Penitensiar xidmətdə görüş — FOTO ( 5990227)
-
manset.azTürkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Penitensiar xidmətdə - FOTOLAR ( 5990056)
-
modern.azTürkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Penitensiar xidmətdə - FOTO ( 5989741)