Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Elsevər Dədəcanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: "Volkswagen Tuareg" markalı avtomobillə 2016-cı il təvəllüdlü İbrahim Məmmədovu vuraraq öldürən 1981-ci il təvəllüdlü E.Dədəcanov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib.
Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə İbrahimin atası Orxan Məmmədov və digər şahidlər E.Dədəcanovun ötən il aprelin 29-u saat 23:30 radələrində avtomobillə yüksək sürətlə hərəkət etdiyini deyiblər. O.Məmmədov Elsevəri oğlunu maşınla vurduqdan sonra döydüyünü etiraf edib.
Ağır xəsarət alan 7 yaşlı oğlan Sabunçu Tibb Mərkəzinə çatdırılsa da, orada vəfat edib.
Məhkəmənin hökmü ilə E.Dədəcanova 3 il sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətə həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi dövründə polisin nəzarəti altında olan şəxs məhkəmə zalındaca həbs edilib.
Kamal Məmmədov