Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərlik geniş heyətinin işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb.
KONKRET.az xəbər verir ki, səfər çərçivəsində səyyahlar bu gün Füzuli, Şuşa və Ağdamda olacaqlar.
Qrupa “Vaga” klubunun rəhbəri, 35 yaşlı dünya səyyahı Jorn Augestad başçılıq edir.
Heyət 3 gün ərzində Qarabağ və Şərqi Zəngəzuru gəzəcək, Füzuli-Şuşa-Ağdam-Laçın-Cəbrayıl marşurutu üzrə hərəkət edəcəklər.