Bakı, 2 may, AZƏRTAC
ABŞ-nin Los-Anceles şəhəri yaxınlığında 4,1 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Korona şəhərindən 9 kilometr aralıda yerləşib. Zəlzələ ocağının 1,5 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.