RU

"GREENLİFE-BAKU" cərimələndi

"GREENLİFE-BAKU" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində cərimə protokolu yazılıb. 

Valyuta.az-ın məlumatına görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 499.1.1-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması,  on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Sadiq İsbəndərli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
129
valyuta.az

1Источники