RU

İki min dollara “Boeing 727” alıb evə çevirdi - Maraqlı

ABŞ vətəndaşı Co Ann Usserinin evi uçandan sonra o, 2 min dollara köhnə “Boeing 727” təyyarəsi alıb.

Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, altı aylıq intensiv təmirdən sonra təyyarə onun və uşaqlarının isti yuvasına çevrilib.

Co Ann Usseri deyir ki bir təyyarəni rahat yaşayış yerinə çevirməyə imkan varsa, niyə böyük ev tikəsən ki?!

Köhnə təyyarəni almaq ideyasını ona hava nəqliyyatı dispetçeri olan qaynı tövsiyə edib. Bundan sonra o, altı ay vaxt sərf edərək təyyarəni təmir edib və evə çevirib. Onun bu mənzili uşaqları və özü üçün əsl əyləncə məkanıdır. Təyyarəni mənzilə çevirmək üçün isə o, 50 min dollar xərc çəkdiyini deyib.
O, keçmiş prezident Donald Trampın dəbdəbəli şəxsi təyyarəsindən ilhamlanaraq, təyyarəsinə "kiçik Tramp" adını verib.

Vasif
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
1
bakupost.az

2Источники