RU

Klopp keçmiş klubuna qayıdır

"Liverpul"un baş məşqçisi Yürgen Klopp mövsümün sonunda komandadan ayrılacaq. 

Bizim.Media xəbər verir ki, alman mütəxəssis karyerasını ölkəsində davam etdirə bilər. Bu barədə "İndependiente" nəşri məlumat yayıb.

Kloppun sabiq klubu "Borussiya"ya qayıtmaq ehtimalı var. 56 yaşlı məşqçinin 2025-ci ildə Dortmund təmsilçisinin baş məşqçisi olacağı bildirilir.
Qeyd edək ki, Yürgen Klopp  2008-2015-ci illərdə "Borussiya"nı çalışdırıb. O, 2015-ci ildən "Liverpul"a rəhbərlik edir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
64
bizim.media

1Источники