RU

Dəniz suyundan içməli su alınması nə zaman tətbiq olunacaq? - MÜNASİBƏT BİLDİRİLDİ

"Quraqlıq dünyanın qlobal problemlərindən biridir". Bu sözləri SİA-ya açıqlamasında Ekoloq, Jurnalistlər Birliyinin sədri Cəmşid Bəxtiyar deyib.

O bildirib ki, quraqlıqla mübarizənin hal-hazırda xüsusi təsirə malik hər hansı forması yoxdur: "Sadəcə olaraq dünya ekoloqlarını narahat edən bu problemin qarşısının alınması yönündə müxtəlif təkliflər mövcuddur. Onlardan biri süni yağış yağdırma metodlarının tətbiq olunmasıdır. Bu metodlar üzərində alimlərin hər hansı cəhdləri mövcuddur. Müxtəlif təkliflər var. Hətta süni yağış yağdırmaqla bağlı bəzən mövcud formalardan istifadə olunur. Bir dəfə Amerikanın Florida ştatında süni yağış yağdırmaq üsullarından biri tətbiq olunub. Bu, bir çox fəsadlarla nəticələnəndən sonra, hətta bunu dövlət orqanları əhalidən gizlətsə də, hadisə barədə insanlara sirləri faş etmişdi. Sonralar bununla cavabdeh olan şəxslər məsuliyyətə cəlb olundular.

Bu metodların fəsadsız ötüşməsi də mümkün deyil. Bu üsullar üzərində alimlər hələ də baş sındırırlar ki, hansı formada, necə edək ki, süni yağışlar fəlakətlərlə nəticələnməsin. Ona görə də süni yağış yağdırmaq üsulları bir çox dövlətlər tərəfindən tətbiq olunsa da, onlar sirr kimi qorunub saxlanılır. Bunlar haqqında açıq, insanlara əlçatan məlumatlar yoxdur. Haqqında mücərrəd fikirlərdən başqa sözlər demək mümkün deyil.

Digər üsul isə yaşıllıq zonalarının genişləndirilməsidir. Meşələrin salınması, ağac əkilməsi metodlarının tətbiqindən söhbət gedir. Çünki bitkilər atmosferin oksigenlə zənginləşdirilməsində xüsusi rola malikdir. Havada rütubətin miqdarı da oksigenin miqdarı ilə düz mütənasibdir. Bu üsullarla müəyyən qədər havada rütubətin faizini qaldırmaq mümkündür. Bu isə quraqlığın qarşısını alır. Lakin bu metodların da geniş formada tətbiqi mümkün deyil. İnsanlar, xüsusilə bizim ölkəmizdə yaşıllıq zonalarının artırılması, ağac əkilməsi kimi aksiyalara xüsusi diqqət yetirirlər. Bu aksiyalar mütəmadi olaraq ekoloqlar, dövlət orqanları tərəfindən həyata keçirilir. Amma bunlar o qədər də quraqlığın qarşısını alacaq qədər geniş miqyaslı deyil. Meşələrin bərpası kimi aksiyalar hələ ki geniş miqyas almayıb. Hələ ki, real praktiki nəticələr əldə olunmayıb".

"Su itkisinin qarşısının alınması üçün isə ictimai tərbiyə olmalıdır. İctimai tərbiyə üçün mətbuatın bu yöndə rolu danılmazdır. İlk növbədə televiziya olmaqla digər mətbuat orqanları, media bu işdə xüsusi rol oynaya bilər.

Dəniz suyundan içməli su alınması üsulları dünya praktikasında mövcuddur. Bizim ölkədə də hətta Hacıqabul, Ələt tərəfdə belə bir sutəmizləyici qurğu tətbiq edildi. Prezident onun açılışında iştirak etdi.

Duzlu sudan içməli su alınması sutəmizləyici qurğular vasitəsilə həyata keçirilir. Yerli əhali həmin təmizlənmiş sudan içməli su kimi istifadə edir. Sutəmizləyici zavodların yenilərinin işə salınması istisna deyil. Əlbəttə, bu, Sumqayıtda da, digər dəniz sahili ərazilərdə də ola bilər. Dəniz suyunun təmizlənərək ondan içməli suyun alınması çox faydalı işdir.

Daha yaxşısı isə Kür suyunun təmizlənərək insanlara içməli su kimi verilməsidir. Digər tərəfdən dəniz suyunun təmizlənməsi təkcə içməli deyil, həm də suvarma üçün yararlı suların da əldə olunması ilə nəticələnə bilər. Həm suvarma məqsədilə, həm də içməli su üçün istifadə oluna bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
33
sia.az

10Источники