RU

Mədəniyyət naziri rusiyalı həmkarı ilə görüşüb

Bakı. Trend:

Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuçərçivəsində görüşlər davam edir.

Mayın 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri AdilKərimli Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova iləgörüşüb.

Nazirlikdən Trend-ə bildirilib ki, Rusiyalı həmkarını səmimisalamlayan nazir iki ölkə arasında mədəni əlaqələrin inkişafındanməmnunluğunu bildirib.

Qeyd olunub ki, son illərdə iki ölkənin bədii kollektivlərininqarşılıqlı qastrol səfərləri, mədəniyyətin müxtəlif sahələri üzrəəməkdaşlıq və təcrübə mübadiləsi intensiv xarakter alıb.

Görüşə görə təşəkkürünü bildirən Rusiyanın mədəniyyət naziriOlqa Lyubimova Forumun əhəmiyyətini yüksək qiymətləndirib, tədbirdəaktual mövzuların müzakirə olunduğunu deyib.

Söhbət zamanı Azərbaycan-Rusiya mədəni əlaqələrinin qədimtarixinin və köklü ənənələrinin olduğu bildirilib. Yaxın gələcəkdəAzərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya Mədəniyyəti Günləriilə bağlı fikir mübadiləsi aparılıb. Rusiyalı nazir ölkəmizi builin sentyabr ayında təşkil olunacaq X Sankt-Peterburq BeynəlxalqMədəniyyət Forumuna dəvət edib.

Görüşdə həmçinin iki ölkə arasında bədii təhsil üzrə tələbəmübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirəolunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
33
16
az.trend.az

10Источники