RU

Premyer Liqa matçında yaşanan narahatlıqla bağlı RƏSMİ AÇIQLAMA

"Sumqayıt" - "Qarabağ" oyununun gedişində meydan sahiblərinin üzvü Rövlan Muradovun zərbəsindən sonra qapı arxasında əyləşən azarkeşlər üçüm təhlükəli anlar yaşanması barədə məlumat vermişdik.

Bir çox futbol meydançalarında qapılar arxasında asılan setkaların olmasından hamımıza məlumatlıyıq.

Onun mahiyyəti məhz belə təhlükələrdən sığortalanmaq üçündür.

Maraqlıdır, yenicə təmirdən çıxan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda niyə həmin setkalar yoxdur?

Sorğumuza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev bunları dedi:

"Peşəkar Futbol Liqası tərəfindən bununla bağlı hər hansı məcburiyyət yoxdur.

Amma olması tövsiyə edilir. UEFA nümayəndəsi stadiona baxış keçirəndə də eyni fikri səsləndimişdi.

Arenanın açılışı zamanı çox vaxtımız yox idi. Ona görə də qapılar arxasına setkaların vurulması yubandı. Amma azarkeşlərin təhlükəsizliyi bizim üçün də önəmlidir. Yeni mövsüm üçün setka vurulmasını planlaşdırırıq".

XANOĞLAN / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
50
sportinfo.az

1Источники