RU

Hansı komanda avrokuboklardan kənarda qalacaq? – Buyurun!

Premyer Liqa mövsümünün yekununa 4 tur, başqa cür desək bir ay qalıb.

“Qarabağ” çempionluğunu rəsmiləşdirib,

“Qəbələ”nin sonuncu olacağı dəqiqləşib. “Kəpəz”lə “Araz-Naxçıvan” 8-9-cu pillələr uğrunda mübarizə aparacaq.

Avrokuboklara vəsiqəyə iddia edən “Turan Tovuz”la “Səbail”in işi möcüzəyə qalıb. Aktivində 42 xal olan komandaları 4-5-ci pillələrdəki “Zirə”ylə “Sabah”dan 7 xal ayırır.

Reallıq hisslərimizi itirməsək, 3 vəsiqə uğrunda 4 komandanın mübarizə aparacağını deyə bilərik.

“Sumqayıt”, “Neftçi”, “Zirə” və “Sabah”dan biri kənarda qalacaq. Yekunda hansı kollektivin üzüləcəyini zaman göstərəcək, bu,, öz yerində.

İndiki məqamda əksəriyyəti maraqlandıran sual hansı komandaların təqvim baxımından bəxtinin gətirməsidir. Yəni, son 4 turdakı rəqiblərin kimliyi olduqca önəmlidir.

Diqqət yetirək.

Sumqayıt

Kəpəz – Sumqayıt

Sumqayıt – Səbail

Sabah – Sumqayıt

Sumqayıt – Qəbələ

Neftçi

Qarabağ – Neftçi

Neftçi – Kəpəz

Səbail – Neftçi

Neftçi – Sabah

Zirə

Turan Tovuz – Zirə

Zirə - Qarabağ

Kəpəz – Zirə

Zirə - Səbail

Sabah

Araz-Naxçıvan – Sabah

Qəbələ - Sabah

Sabah – Sumqayıt

Neftçi – Sabah

Rəqiblərin adlarına əsasən təqvimin “Zirə” üçün nisbətən uyğun olduğu görünsə də, “qartallar” qısa müddətdə iki dəfə Tovuza səfər edəcək, çempionla qarşılacaq.

“Sabah”, “Sumqayıt” və “Neftçi”nin öz aralarında oyunlarının qalması “xoşbəxtlər”in adlarına sonuncu turun yekununda aydınlıq gələcəyini deyə bilərik.

Təbii ki, sürpriz nəticələr qeydə alınmasa.

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
sportinfo.az

1Источники