RU

Bakıda tez-tez piyada qəzalarının baş verdiyi ərazidə keçid TİKİLMƏYƏ BAŞLANDIVİDEO

Avtomobillərin sürətli və intensiv hərəkət etdiyi yolda, yerüstü piyada keçidinin tikintisinə start verilib.

Xezerxeber.az xəbər verir ki, burada, Aeroport - Mrdəkan - Zağulba avtomobil yolunun 3-cü km-lik hissəində piyadaların rahat hərəkəti üçün hər cür şərait yaradılacaq.

Ərazidə yaşayan sakinlər deyir ki, sözügedən yolda piyada keçidi olmadığından tez-tez piyada qəzalarının baş verməsi qaçılmaz olurdu.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, eyni yolun 11-ci kilometrliyində də yerüstü piyada keçidi inşa edilir. Hər iki keçiddə işlərin il ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Qurumdan o da bildirib ki, layihə çərçivəsində yolun hər iki tərəfində yeni avtobus ciblikləri, avtobus dayanacağının, təhlükəsizlik kameralarının quraşdırılması, keçidin istismarına nəzarət edən işçilər üçün nəzarət otağının tikintisi, piyada keçidinin ətrafında abadlaşdırılma işlərinin görülməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
xezerxeber.az

1Источники