RU

NAFSA-nın prezidenti: Azərbaycan hökumətinin müxtəlif mədəniyyətləri bir araya gətirməsi möhtəşəm bir haldır

NAFSA-nın

Bakı, 1 may, AZƏRTAC

Biz bu forumda müxtəlif həyat təcrübələrindən çıxış edərək müxtəlif mədəniyyətləri təmsil edirik. Düşünürəm ki, Azərbaycan hökumətinin bizi bir araya gətirməsi möhtəşəm bir haldır.

Bu fikri AZƏRTAC-a açıqlamasında ABŞ-ın Beynəlxalq Müəllimlər Assosiasiyası (NAFSA) prezidenti və icraçı direktoru Fanta Au söyləyib. O bildirib ki, dünyada baş verən hadisələri nəzərə alsaq, dinlərarası və mədəniyyətlərarası dialoqlar aparmaq olduqca zəruridir: “Mən Azərbaycanı çox vacib bir zamanda bizi bir araya gətirdiyinə görə alqışlayır və təbrik edirəm. Bu gün aparılan müzakirələr mənim üçün çox böyük maraq kəsb etdi və mən mövzuya aid çoxlu məlumat əldə etdim. Müzakirə etdiyimiz bütün bu məsələlərin həlli bir ölkə üzərinə düşməməlidir. Biz hamımız bir yerdə bu məsələlərin həlli üçün çalışmalıyıq. Bu sahədə Azərbaycanın lider mövqeyindən çıxış etdiyini görmək heyranedicidir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
34
azertag.az

1Источники