Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil olunmuş Əvəzedicilər Liqasında bu gün 32-ci turun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
Turun qapanış matçında “Zirə” və “Araz-Naxçıvan”ın ikinci komandaları üz-üzə gəliblər. Beş qolun qeydə alındığı oyun meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
Əvəzedicilər Liqası
32-ci tur
28 aprel
“Sabah-2” – “Səbail-2” 2:3
Qollar: Yaqub Yusubov, 16. Nicat Quliyev, 54 – Ayaz Mikayılov, 13; 30. Bəhram Köçərli, 56.
Hakimlər: Şamil İmanzadə, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Nazim Abdullayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Bakı. “ASK Arena”, 15:00.
29 aprel
“Sumqayıt-2” – “Qarabağ-2” 2:1
Qollar: Uğur Cahangirov, 30; 79-pen – Nurlan Şabanov, 73.
Hakimlər: Alik Yunusov, Kərim Zeynalov, Ruslan Babayev, Rəsul Babayev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Sumqayıt Arena” (ehtiyat meydança), 14:00.
“Qəbələ-2” – “Kəpəz-2” 5:0
Qollar: Sənan Ağalarov, 22; 26; 28. Mehrac Baxşalı, 61. Bilal İsmayılov, 89.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Sərxan İsmayılov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 15:00.
“Neftçi-2” – “Turan Tovuz-2” 2:0
Qollar: Nurlan Musayev, 39. Kamal Kazımov, 77.
Hakimlər: Səbuhi Bayramov, Sənan Atayev, Anar Bədəlov, İrşad Aydınov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 15:00.
1 may
“Zirə-2” – “Araz-Naxçıvan-2” 3:2
Qollar: Elmar Rəhimov, 10-pen. Fərid Şahgəldiyev, 31. Tuncay Hacıyev, 70 – Vüsal Alızadə, 55. Nihad Əmrahzadə, 77.
Hakimlər: Murad Səlimov, Zakir Şükürzadə, Rəhman Aslanov, Xalid Quliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elman Musayev.
Binə qəsəbə stadionu, 15:00.