RU

Fransada 1 May hadisələri: Polis etirazçılara müdaxilə etdi - FOTO

Milli mətbuatda əksini tapan xəbərlərə görə, sıx iştirakın olduğu Lion şəhərində 1 May qeyd etmələri zamanı polis nümayişçilərə müdaxilə edib. Beləliklə, 1 May Fransada hadisələrlə yadda qaldı. Nümayişçilər Fransa polisi əleyhinə şüarlar səsləndirib və təhlükəsizlik qüvvələrinə yad əşyalar atıblar. Nümayiş zamanı bankın şüşələri zədələnib.

BAKU.WS "Sabah Gazetesi"nə istinadən xəbər verir ki, polis nümayişçilərə bibər qazı və təzyiqli su ilə müdaxilə edib.

İki polis məmuru nümayişçini tutaraq onu digər nümayişçilərin yerləşdiyi ərazidən uzaqlaşdırıb.

Həmçinin, polis yerə yıxılan etirazçının üzərinə oturarkən, təhlükəsizlik qüvvələri digər etirazçını yerə yıxıb.

Həmkarlar ittifaqlarının çağırışı ilə ölkənin bir çox nöqtəsində yürüşlər təşkil edilir. Bu gün küçələrə çıxan aktivistlərin sayının 120 ilə 150 ​​min arasında olması gözlənildiyi halda, paytaxt Parisdə bu sayın 30 minə çata biləcəyi təxmin edilir.

Ölkə daxilində keçiriləcək nümayişlər səbəbilə 5 mini Parisdə olacaq 12 min polis və jandarmanın növbətçi olacağı bildirilib.

Görülən tədbirlər çərçivəsində qubernatorun qərarı ilə paytaxtın bir çox nöqtələrində metro kimi ictimai nəqliyyat xidmətləri bağlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
60
baku.ws

1Источники