RU

Canluici Buffon təkrar keçirmək istədiyi oyundan söhbət açdı

İtaliya yığmasının və “Yuventus”un keçmiş qapıçısı, əfsanəvi Canluici Buffon təkrar keçirmək istədiyi oyundan söhbət açıb.

Arena.az “La Repubblica” dərgisinə istinadən, italyan əfsanənin bu barədə fikirlərini təqdim edir:

“Mən 2012-ci il Avropa çempionatının finalında İspaniya və İtaliya oyununu təkrar oynadardım. Bu nəticəyə layiq deyildik. Heç vaxt bəhanə axtarmıram, amma oyunu qeyri-mümkün ruhi və fiziki şəraitdə oynadıq, yorulduq.

Bizə bir gün də istirahət verilsəydi, başqa cür oynaya bilərdik. Amma güclü olan İspaniya ilə heç nə edə bilmədik, amma qrup mərhələsində onları dayandıran yeganə komanda biz olduq”, deyə “Cici” xatırlayıb.

Xatırladaq ki, “qırmızı qəzəb” AÇ-2012-nin finalında “skuadra adzurra”nı 4:0 hesabı ilə darmadağın etmişdi.

Xatırladaq ki, 2023-cü ilin avqustunda Canluici Buffon futbolçu olaraq təqaüdə çıxdığını elan edib. Bundan sonra əfsanəvi sabiq qapıçı İtaliya yığmasının nümayəndə heyətinin yeni rəhbəri vəzifəsinə təyin edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
arena.az

1Источники