Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji üzrə memorandum
AzVision.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabından bildirib.
"Sənədin icrası "yaşıl enerji"nin istehsalı və Azərbaycan ərazisi vasitəsilə Avropaya ixracı, enerji sistemlərinin inteqrasiyası və bərpaolunan resurslardan səmərəli istifadənin təşkili istiqamətində birgə hədəflərin həyata keçirilməsinə təkan verəcək", - nazir vurğulayıb.