RU

Aşqarlar Kimyası İnstitutunda ekoloji maarifləndirmə seminarı keçirilib

Bakı, 1 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İşlənmiş motor yağlarının regenerasiyası və alınan məhsullar əsasında onların yeni tətbiq sahələri” mövzusunda ekoloji maarifləndirmə seminarı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən elmi müəssisənin icraçı direktoru professor Əfsun Sucayev Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində institutda silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib. O deyib: “Həmçinin noyabr ayında Bakı COP29-a ev sahibliyi edəcək. Bu tədbirin Azərbaycanda keçirilməsi elmi-tədqiqat institutları, eləcə də kimyaçı alimlərimizdən fundamental və tətbiqyönlü tədqiqatlar həyata keçirməyi tələb edir. Bu tədqiqatları yerinə yetirmək isə respublikamıza iqtisadi inkişaf ilə yanaşı, ekoloji problemlərin həllinə və ətraf mühitin sağlamlaşdırılmasına böyük töhfə verəcək”.

Ə.Sucayev Aşqarlar Kimyasi İnstitutunda ekoloji problemlərin həllinə yönələn elmi fəaliyyətə həmişə üstünlük verildiyini, laboratoriyalarda 4 müxtəlif istiqamətdə tədqiqat aparıldığını və mühüm nəticələr əldə edildiyini söyləyib. Onun sözlərinə görə, ekoloji maarifləndirmə seminarlarının bir məqsədi də indiyə qədər yerinə yetirilmiş tədqiqatların nəticələrini müzakirə etmək və bundan sonra həmin tədqiqatların davamı olaraq perspektiv fəaliyyət planını müəyyənləşdirməkdir.

Sonra Sürtkü kompozisiyaları laboratoriyasının aparıcı elmi işçisi Aida Yusifova “İşlənmiş motor yağlarının regenerasiyası və alınan məhsullar əsasında onların yeni tətbiq sahələri” mövzusunda geniş təqdimatla çıxış edib. O bildirib ki, laboratoriyada aparılan elmi tədqiqat işlərinin əsas istiqamətlərindən biri də sürtkü yağlarının işlənmiş nümunələrinin regenerasiya texnologiyasının yaradılması və regenerasiya olunmuş yağ məhsulları əsasında müxtəlif sürtkü kompozisiyalarının yaradılmasına dair elmi tədqiqatlar aparmaq və ətraf mühitə atılmış işlənmiş yağları aradan qaldıraraq respublikamızın ekoloji problemlərinin həllinə töhfə verməkdir.

Daha sonra təqdimatla bağlı müzakirə aparılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
azertag.az

1Источники